“Görülən tədbirlər vəziyyəti düzəltməyib” - Cahangir Əsgərov əmr verdi
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) tamamilə yenidən təşkil olunacaq.
Qurumun prezidenti Cahangir Əsgərov bu barədə müvafiq əmr imzalayıb. Əmrə əsasən, həmçinin baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulov Federasiyada tutduqları vəzifələrdən kənarlaşdırılıblar.
Yenidən təşkil haqqında qərar Federasiyanın vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin keyfiyyətsiz yerinə yetirilməsi ilə əlaqədar qəbul edilib.
Bildirilir ki, rəhbərliyin vəziyyətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tapşırıqlarına baxmayaraq, əməkdaşlar öz işlərinə səhlənkar yanaşmağa davam edirdilər.
Federasiya işçilərinin məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub.
Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları tərəfindən altı dəfə Azərbaycanın ağır atletika idmançılarının dopinqdən istifadə halları qeydə alınıb.
“Atılan addımlar və görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və vəziyyəti düzəltməyib. Bununla əlaqədar Azərbaycan Ağır Atletika Federasiyasının tamamilə yenidən təşkili haqqında qərar qəbul etmişəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə bizə daha yaxşı idman nəticələrinə nail olmağa kömək edəcək”, - deyə Cahangir Əsgərov bildirib.
Onun sözlərinə görə, sentyabrın sonunadək Federasiyanın yeni baş məşqçisi və baş katibi təyin ediləcək.
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...