Azərbaycan millisi ev oyunlarını Sumqayıtda keçirəcək

11:27 16-08-2021 | icon 1915
Azərbaycan millisi ev oyunlarını Sumqayıtda keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri bəlli olub.

Komandanın oktyabrda keçiriləcək hər iki matçı Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutacaq.

Qeyd edək ki, U-21 oktyabrın 8-də Finlandiyanı, oktyabrın 12-də Xorvatiyanı qəbul edəcək. Komanda sentyabrın 2-də Xorvatiyanın, beş gün sonra isə Avstriyanın qonağı olacaq.


Digər xəbərlər

0.26814293861389