“Araz” darmadağınla başladı
Bu gün “Araz” (Naxçıvan) komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.
Son ölkə çempionu ilk oyununda Cəbəllütariqin “Europa” kollektivi ilə üz-üzə gəlib.
Latviyanın Salaspils şəhərində keçirilən qarşılaşma təmsilçimizin 9:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.
“Araz” növbəti oyunlarını avqustun 22-də “Kampuksen Dinamo” (Finlandiya), ayın 24-də isə “Raba”ya (Latviya) qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
İlkin mərhələ, F qrupu
21 avqust
Araz – Europa 9:2
Qollar: D.Qalleqo, 04:13-öz qapısına. E.Rodriqes, 05:07; 29:57; 39:11. A.Şocaei, 08:08. X.Bağırov, 10:52. P.Santos, 20:07; 38:58. İ.Atayev, 27:13 – J.J.Dias, 33:51; 34:22.
Hakimlər: Dario Pezzuto (İtaliya), Drazen Vukçeviç (Monteneqro), Panagiotis Ntalas (Yunanıstan).
Salaspils şəhəri. İdman Kompleksi.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...