Premyer Liqa: "Neftçi" "Zirə" ilə, "Qarabağ" "Səbail"lə qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Günün ilk oyununda son çempion "Neftçi" "Zirə"nin qonağı olacaq. "Ağ-qaralar" I turda evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, meydan sahibləri isə "Qarabağ"la bərabərə qalıb - 1:1.
Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəlib. Bunların 5-də flaqman, 11-də isə meydan sahibləri 3 xal qazanıb. 6 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində isə "Zirə"nin minimal üstünlüyü var - 23:22.
Tura “Azersun Arena”da yekun vurulacaq. Vitse-çempion "Qarabağ" "Səbail"i qəbul edəcək. Paytaxt klubu ilk matçda gözlənilmədən "Sabah"a qalib gəlib - 1:0. Bu, tərəflərin Premyer Liqada 16-cı oyunudur. Texniki nəticə nəzərə alınmasa, "dənizçilər" rəqibinə qalib gəlməyib. "Qarabağ" 12 qələbə qazanıbsa, 2 görüş heç-heçə yekunlaşıb. Ağdam təmsilçisi uduzmadığı qarşılaşmaların hamısında qol sevinci yaşayıb. Topların fərqində də "köhlən atlar" aşkar üstünlüyə malikdir - 26:3.
Azərbaycan Premyer Liqası, II tur
22 avqust (bazar)
18:30. “Zirə” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu
20:30. “Qarabağ” –“Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azersun Arena”
Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...