Qaradağda karantinə əməl etməyənlər cəzalandırılıb
Qaradağ rayonu Lökbatan və Sahil qəsəbələrində bu gün səhər saatlarından başlayaraq xüsusi karantin rejiminin tələblərini pozanlara qarşı ciddi tədbirlər görülüb.
Qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən vətəndaşlar maska ilə təmin olunub. Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Həmçinin xüsusi karantin rejiminin tələblərinə dair maarifləndirici söhbətlər aparılıb və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bu cür reydlər mütəmadi olaraq davam edəcək. Belə reydlərin keçirilməsində məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...