Çempionlar Liqası: "Araz Naxçıvan" üçüncü oyununu keçirəcək

10:18 24-08-2021 | icon 1633
Çempionlar Liqası:

Bu gün "Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirəcək.

Son ölkə çempionu Latviyanın "Raba" kollektivi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4. "Araz-Naxçıvan” hazırda 4 xalla qrupda 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.


Digər xəbərlər

0.28761100769043