Şəhriyar Məmmədyarov 1/8 finalda
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin son 5 turunun oyunları keçirilib.
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında – 11-ci turda hindistanlı Santoş Viditlə heç-heçə edib, növbəti turda vyetnamlı Le Quanq Liemə uduzub. On üçüncü turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən şahmatçımız sonrakı turda rusiyalı Daniel Naroditskiyə qalib gəlib. Şahmatçımızın ABŞ təmsilçisi Erik Hansen ilə keçirdiyi son qarşılaşmasında da heç-heçə qeydə alınıb.
On beş turda 9 xal toplayan şahmatçımız 6-cı yerdə qərarlaşıb. Bununla da Ş.Məmmədyarov turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...