Nazirlik əməkdaşı vaksin növbəsinə görə vətəndaşları ittiham etdi
Səhiyyə Nazirliyi poliklinikalarda vaksin növbəsi zamanı yaşanan sıxlıqlara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadə bildirib ki, növbə tənzimləmək tibb işçilərinin öhdəliyi deyil:
“Böyük qismi xanımlar olan işçilərin narazı kütlənin önünə çıxması mümkün deyil. Yaxınlaşan vətəndaşların əksəriyyəti randevusuz gəlir və məcbur tibb işçiləri onları növbəyə salır və bu da təbii olaraq zaman itkisinə gətirir.
Vətəndaşlarımızdan bu istiqamətdə anlayış istəyirik. Bu məsələ dəfələrlə deyilib. Maraqlı tərəf haqsız yanaşma axtaran gənc fəallardadır. Hansılar ki, hər zaman özlərini gənclər üçün yaxşı örnək və doğru yol adlandırırlar. Hər zaman doğruluq axtarışında olanlara, təbliğat, dəstək üçün bu növbələrdə səs-küy salıb işi uzadanlara sualım var.
Xəstəliyə yoluxmadığınız təqdirdə niyə son gün o izdihama siz də qatılırsınız? Siz özünüz niyə son gün vaksin olunursunuz?
Araşdırmacı kimliyinizlə niyə növbədə sıxlıq yaradanlar sırasındasınız? Yanvardan başlayan və may ayından hamının (+18) rahat qatıla biləcəyi prosesi son 15 gündə bu hala niyə salırsınız? Zamanında vaksin vurdurmaq olmazdı?”.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...