Yeni nazir AFFA-ya gəldi, ona hesabat verildi
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovla AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi, Kütləvi Futbol Departameninin müdiri Fərrux İsmayılov və Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev iştirak ediblər.
İşgüzar ab-havada keçən görüşdə AFFA-nın strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib. AFFA-nın son 4 ili əhatə edən illik hesabat nəşrləri nazirə təqdim olunaraq bildirilib ki, 2010-cu ildən 2020-ci ilə qədər olan bütün illik hesabatlar ictimaiyyətə şəffaf şəkildə təqdim olunub.
Nazirin diqqətinə hazırda gündəmdə olan və həlli vacib bir neçə məsələ də çatdırılıb. Bildirilib ki, 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqasında idman rəqabəti qənaətbəxş səviyyədə olsa da, AFFA və Peşəkar Futbol Liqası komanda sayının 10-a yüksəldilməsini istəyir. Lakin maliyyə resurslarının çətinliyi ucbatından müvafiq şərtlərə uyğun gələn klubların olmamasına görə komanda sayını artırmaq mümkün olmur. Bununla belə, Premyer Liqaya yüksələ biləcək potensial klubların fəaliyyətini təmin etmək üçün AFFA Birinci Divizionda çıxış edən bir neçə klubu – “Kəpəz” (Gəncə), “Turan-Tovuz” və “Zaqatala” – tam olaraq maliyyələşdirir. Qeyd olunub ki, komanda sayının artması Azərbaycan Premyer Liqasında daha güclü rəqabətə, yeni futbolçuların üzə çıxması üçün geniş potensiala və peşəkar futbolun coğrafiyasının genişlənməsinə səbəb olardı.
Məmmədov uşaq və yeniyetmə futbolu ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə AFFA tərəfindən liqalar təşkil olunur və bu liqalarda Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində olan uşaq futbol məktəblərinin komandalarının da nəqliyyat xərclərini AFFA ödəyir. Üstəlik, müəyyən oyunlar Olimpiya İdman Komplekslərinin meydanlarında keçirilir ki, bunun da müqabilində icarə haqqı AFFA-nın hesabına təmin olunur və AFFA Gənclər və İdman Nazirliyinin bu istiqamətdə dəstəyindən minnətdar olardı.
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...