Şəmkirin yeni icra başçısı o oldu

13:57 14-09-2021 | icon 2640
Şəmkirin yeni icra başçısı o oldu

Prezident İlham Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Ənvər oğlu Tağıyev sözügedən vəzifəyə təyin edilib.

Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi tərəfindən bu ilin aprelində həbs edilib. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir. 

 

Qeyd edək ki, R. Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri idi.


Digər xəbərlər

0.24911594390869