Bakıda dördəm doğulub

14:37 14-09-2021 | icon 3381
Bakıda dördəm doğulub

Bu gün "Leyla Medical Center"də dördəmlər dünyaya gəlib.

Tibb müəssisəsindən verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.

Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir".

Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.


Digər xəbərlər

0.25942206382751