“Bavariya” “Barselona”nı darmadağın etdi - ÇL-də gecənin nəticələri
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinə start verilib.
1-ci turun ilk oyun günündə E, F, G və H qrupunun matçları keçirilib.
E qrupunda İspaniyanın “Barselona” komandası doğma meydanda “Bavariya”i ilə qarşılaşıb. Münhen təmsilçisi səfərdə darmadağına sevinib. Qrupun digər matçında “Benfika” Kiyevdə “Dinamo”nun qonağı olub. Bu oyunda isə qapılara qol vurulmayıb.
Turnirin son qalibi “Çelsi” H qrupu çərçivəsində ilk turda Rusiya təmsilçisi “Zenit”i sınağa çəkib və minimal hesabla üstün olub. İtaliya A Seriyasında mövsümə uğursuz start verən “Yuventus”un ÇL-də ilk rəqibi “Malmö” (İsveç) olub. Turin təmsilçisi səfərdə darmadağına sevinib.
F qrupunda heyətini Kriştiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted” İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Hesabı məhz Ronaldonun qolu ilə “qırmızı şeytanlar” açsa da, sonda meydan sahibləri əzmkar qələbə qazanıblar. Qrupun digər oyununda “Atalanta” “Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Dörd qolun qeydə alındığı bu oyun heç-heçə yekunlaşıb.
Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
14 sentyabr
F qrupu
Yanq Boyz (İsveçrə) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol: Nqamaleu, 66. Sibaço, 90+5 – Ronaldo, 13.
Vilyarreal (İspaniya) – Atalanta (İtaliya) 2:2
Qol: Triqeros, 39. Danjuma, 73 – Freuler, 6. Qosens, 83.
G qrupu
Sevilya (İspaniya) – Zalsburq (Avstriya) 1:1
Qol: Rakitiç, 42-pen – Suçiç, 21-pen.
Lill (Fransa) – Volfsburq (Almaniya) 0:0
E qrupu
Barselona (İspaniya) – Bayern (Almaniya) 0:3
Qol: Müller, 33. Levandovski, 56; 85.
Dinamo (Kiyev, Ukrayna) – Benfika (Portuqaliya) 0:0
H qrupu
Çelsi (İngiltərə) – Zenit (Rusiya) 1:0
Qol: Lukaku, 69.
Malmö (İsveç) – Yuventus (İtaliya) 0:3
Qol: A.Sandro, 23. Dibala, 45-pen. Morata, 45+1.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...