Ali məktəb və kolleclərdə tədrisin təşkili qaydası dəyişə bilər

16:39 17-09-2021 | icon 1836
Ali məktəb və kolleclərdə tədrisin təşkili qaydası dəyişə bilər

“Ali və orta ixtisas təhsil müəssisələrində tədrisin təşkili qaydaları ilə bağlı yaxın günlərdə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı qərar”a dəyişikliyin edilməsi gözlənilir”.

Bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, ənənəvi tədris bərpa olunduğu üçün əvvəllər mövcud olan qərara dəyişikliyin olması gözlənilir:

 

“Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssisələrinin təklif verməsini gözləyirdik. Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur. Təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələblərin sayı çoxdursa, bu halda həmin dərslər ola bilsin onlayn keçirilsin. Yaxud da bir çox universitet təklif edir ki, təhsil növbəli şəkildə olsun. Belə olan halda onlar hesab edir ki, auditoriyada böyük kütlənin toplanmasının qarşısı alınacaq”.

N. Məmmədli əlavə edib ki, ona görə də təkliflər çox böyük ehtimalla universitetlərin öz öhdəsinə buraxılacaq: “Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə təklif etdikləri həll yollarını icra etsinlər”.


Digər xəbərlər

0.37117195129395