Bakıda 15 məktəbə yeni direktor təyin olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.
İdarədən daxil olan məlumata görə, yeni təyinatlar paytaxtdakı 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96 nömrəli tam orta məktəblər üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib.
Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müvafiq müsabiqənin bütün mərhələlərindən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) uğurla keçmiş şəxslərdir.
Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.
Yeni təyin olunmuş məktəb direktorları üçün məktəb idarəetməsinin müxtəlif istiqamətlərinə dair təlimlər keçirilib.
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...