Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

11:30 21-09-2021 | icon 850
Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə
təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda
I Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”,
“Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda
iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin
Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.
Azercell şirkətinin dəstəyilə konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli internet
xidmətləri ilə təmin olunublar. Azercell-in şəbəkəsi konfransın bəzi iclaslarının videoformatda -
onlayn şəkildə keçirilməsini də mümkün edib.
Qeyd edək ki, "Azercell Telekom" işğaldan azad olunmuş ərazilərimizdə mobil infrastrukturun, eləcə
də Şuşada 4G mobil şəbəkə stansiyalarının quraşdırılmasına başlayan ilk operator şirkətidir. Hərbi
əməliyyatların başladığı ilk gündən Azercell-in mobil şəbəkəsi işğaldan azad edilən bölgələrimizdə
fəaliyyət göstərib. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu,
Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər
Azercell-in 2G/3G/4G standartlarını dəstəkləyən mobil şəbəkəsi ilə əhatə olunub.
Azad edilən ərazilərdə yeni həyatın qurulması prosesində aktiv iştirak edən Azercell şirkəti öz
abunəçilərinə Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını da
yaradıb. Azercell-in “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7
rejimində Fonda vəsait köçürmək mümkündür. Eyni funksiya Silahlı Qüvvələrə Yardım Fonduna
ianə köçürülməsi üçün də yaradılıb. Azercell şirkəti döyüşlərin ilk günlərində Milli Ordumuza dəstək
məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb.
Qarabağa qayıdacaq əhalini ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə
təmin etməyi hədəfləyən Azercell bu ərazilərdə mobil telekom infrastrukturunun qurulmasını
intensiv şəkildə davam etdirir. Əminik ki, Azercell-in Qarabağ və ətraf bölgələrdə qurduğu LTE
şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.
“Azercell Telekom” ölkəmizin sosial-iqtisadi inkişafı, Vətənimizin hər qarışında mükəmməl
rabitənin qurulması istiqamətində səylərini bundan sonra da var gücü ilə davam etdirəcək.

 


Digər xəbərlər

0.37749195098877