Salyan rayonu Xalac kəndində Şəhid Qaraxanov Səfanın adına tikilmiş xatirə kompleksinin açılışı olub

09:21 27-09-2021 | icon 1859
Salyan rayonu Xalac kəndində Şəhid Qaraxanov Səfanın adına tikilmiş xatirə kompleksinin açılışı olub

26 sentyabr tarxində Salyan rayon Xalac kəndində Şəhid Qaraxanov Səfanın adına tikilmiş xatirə kompleksinin açılışı olub. 

Açılış mərasimdə Salyan rayon icra hakimiyyətinin, YAP Salyan rayon təşkilatının rəsmiləri, Şəhidin yaxınları və Xalac kənd ictimaiyyəti iştirak edib. 

Tədbirdə çıxış edən Salyan rayon icra hakimiyyəti başçısının müavini, YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov şəhidin keçdiyi döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumat vermiş, Vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır.

O, bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belədə olacaqdır.

 

 


Digər xəbərlər

2.4141309261322