44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi

16:17 28-09-2021 | icon 1741
44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi

12-14 iyul 2020-ci il tarixdə işğalçı Ermənistan ordusunun törətdiyi təx-
ribat Azərbaycan tarixinə Tovuz müharibəsi kimi daxil oldu. Bu müha-
ribəni törətməkdə işğalçı Ermənistan öz niyyətini gizlətmirdi, açıqca
erməni müdafiə naziri David Tonayan həyasızcasına bəyan edirdi ki, biz
yeni müharibələrlə yeni ərazilər tutacağıq. Tovuzu işğal etməklə erməni-
lər Azərbaycanın bu regionundan keçən əsas neft-qaz boru kəmərləri-
ni məhv etmək və ya öz nəzarəti altına almaqla Azərbaycanı iqtisadi
cəhətdən çökdürmək və beləliklə bütün ölkəni işğal etməyi hədəfləmişdi.
Tovuz müharibəsində-bu alçaq təxribat nəticəsində Azərbaycanın çox
qeyrətli,peşəkar ,fədakar oğulları şəhid oldular: general –mayor Polad
Həşimov,polkovnik İlqar Mirzəyev,mayorNamiq Əhmədov,mayor Anar
Novruzov və neçə-neçə əsgər və zabitlərimiz şəhid oldular.Azərbaycan
Ordusunun şiddətli əks-hücum əməliyyatları nəticəsində düşmən ordu-
su böyük itkilər verərək geri çəkilməyə məcbur edildi, strateji mövqelə-
rini itirdi,ordumuz isə yeni mövqelərdə möhkəmləndi.Lakin sonrakı ay-
larda da erməni təxribatı ara vermirdi,azğınlaşmış vəhşi tayfa nəyin ba-
hasına olursa-olsun Azərbaycanın yeni rayonlarını,yeni ərazilərini işğal
etməyi hədəfləmişdi.Beləliklə,27 sentyabr 2020-ci il tarixdə Azərbaycan-

ın mülki obyektlərinə,yaşayış məntəqələrinə və hərbi hissələrinə işğalçı
Ermənistan ordusunun endirdiyi namərd zərbələr –bombardmanlar
Azərbaycan xalqının səbr kasasını daşdırdı.Erməni təcavüzünə və təxri-
batlarına cavab olaraq cənab Ali Baş Komandan 27 sentyabr 2020-ci il
tarixdə müqəddəs Vətən Müharibəsinin başlanması haqqında bəyanat
verdi.44 gün davam edən“DəmirYumruq“ hərbi əməliyyatları nəticəsin-
də Müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu sarsıdıcı
məğlubiyyətə uğradaraq Ermənistanı kapitulyasiyaya məcbur etdi.
Ermənistan ordusunun 80%-indən çoxu darmadağın edildi.Müzəffər
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Müzəffər Azərbaycan
Ordusu BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və 30 il müddət-
ində icra etmək istəmədiyi 4 Qətnaməni öz hərbi gücü ilə 44 günə həll
etdi. Beləliklə, 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan
və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladlar.
Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azər-
baycana qaytarıldı. Beləliklə, məsələ hərbi - siyasi yollarla həll olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi artıq Dağlıq
Qarabağ məsələsi , Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır.
Azərbaycanda Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi
vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib

və viran edilmiş ərazilərdə bərpa işlərinə başlanmışdır. Artıq Füzuli
rayonu ərazisində Füzuli Beynəlxalq Aeroportu istifadəyə verilmişdir.
27 sentyabr 2021-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham
Əliyevin Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş “Anım
Günü” ndə etdiyi çıxışında şəhidlərimizin əziz xatirəsini çox hörmətlə
yad edərək onların qanlarının yerdə qalmadığını,qisaslarının alındığı-
qeyd edərək bildirdi ki, Böyük Qələbəyə görə şəhidlərimiz bizim daim
qəlbimizdə yaşayacaq ,onların əziz xatirəsini Azərbaycan Xalqı heç vaxt
unutmayacaq!Eyni zamanda cənab Ali Baş Komandan Ermənistanı
müdafiə edən beynəlxalq güclərə özünün sərt mesajını verdi :”Əgər
hansısa bir dövlət “Dağlıq Qarabağ adında” bir ölünü diriltmək istə-
yirsə aparsın onu öz dövlətinin ərazisində diriltsin.Biz bu ölü doğulmuş
cəmiyyəti,yaxud hər hansı bir qurumu həmin ölkənin ərazisi daxilində
tanıyarıq! Azərbaycan bu mənfur ,murdar ölünü dəfn edib!
Abbasov Arif Qurban oğlu
Saatlı rayon V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbini direktoru


Digər xəbərlər

0.20898389816284