"Qarabağ" Konfrans Liqasında növbəti oyununu keçirəcək

10:27 30-09-2021 | icon 2110

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə "Omoniya"nın qonağı olacaq.

Nikosiyadakı GSP stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü FIFA referisi Bobbi Maddenin rəhbərliyi altında Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Ağdam təmsilçisi meydana itkilərlə çıxacaq. Oyundan iki gün əvvəl əzələsini dartan İsmayıl İbrahimli, zədədən sonra məşqlərə yenicə başlayan Bədavi Hüseynovla Elvin Cəfərquliyev və əməliyyat olunan Xayme Romero meydana çıxa bilməyəcək.

Meydan sahiblərində isə Miks Diskerud və Yannis Kusulosun matçı buraxacağı dəqiqdir. Digər oyunçu Erik Boteakın durumu isə hələlik bəlli deyil.

"Qarabağ" I turda Bakıda İsveçrə "Bazel"i, "Omoniya" isə Qazaxıstanda "Kayrat"la qolsuz heç-heçəyə razılaşıb. H qrupunun digər görüşündə "Bazel" "Kayrat"ı qəbul edəcək.

UEFA Konfrans Liqası

H qrupu

23:00. "Omoniya" (Kipr) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Bobbi Madden (Şotlandiya)

Nikosiya. GSP stadionu.


Digər xəbərlər

0.33129501342773