Killerlə qohum icra başçısının rüşvət şəbəkəsi və HƏBSİ: Qardaş oğlunun zorladığı qızın acı HEKAYƏSİ – VİDEO
Necə icra başçısı olub ?
Hansı yolla icra başçısı olub ?
Bax, əsas məsələ budur.
Nəsimi rayonu, Bakıxanov küçəsi 75/1-də yerləşən “Gutab House”; Fəvvarələr Meydanında, Tərlan Əliyarbəyov küçəsi 9-dakı “Gutab House” restoranı; nYasamaldakı “Gutab House”; Bakıxanov qəsəbəsindəki (keçmiş Razin) “Gutab House”, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində “Gutab House”. Hələ üstəlik villaları, mülkləri, dükanları və s.
İradə Gülmmədovanın bacısı oğlu Babək AZalovu isə az qala bütün ölkə tanıyırdı. Bu adam sözün həqiqi mənasında “banda başçısı” imiş. Şübhəniz varsa məhkəmənin qərarına baxın. Ağır Cinayətlər Məhkəməsi Babək Zalov, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Aşağı Güzdək bələdiyyəsinin sədr müavini Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfər barəsində qərar verib.
İndi isə keçək İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin əməllərinə!
Yolçu Gülməmmədovun adına olan müəssisələr – “İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti
“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. “İRS Mobil” MMC “Afgen” MMC-nin təsisçisi də Gülməmmədov Yolçu Katamazya oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir.“Vimay-Med” klinikası, Nabat Tibb Mərkəzi, “Herbimed” MMC, “Fidanfarma” da Gülməmmədovlar ailəsinə məxsusdur.
İndi isə xanım icra başçısının qızı ( 1996-cı ildə doğulub ) Vüsalə Yolçu qızının ömür yoluna nəzər salaq. Vüsalə Gülməmmədova Abşeron rayonunda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Bağça özəl fəaliyyət göstərir. Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.
Vüsalə Gülməmmədovanın həyat yoldaşı isə məşhur killer Hacı Məmmədovun qaynının oğludur. DEMƏLİ, İradə Gülməmmədova məqsədli şəkildə “Qanqsterlə” qohum olub ki, “QANQSTERİN” qohumlarından törəyənlər də qaniçən olacaq. Mən gələcəyi ürəkli oğlanlara təhvil vermək istəyirəm. Hacı Məmmədov bir cür banda yaratmışdır. Onun qohumu isə başqa cür. Hacı Məmmədov həbs olundu. Onun qohumu isə azadlıqda gəzir. Amma onlarında öz zamanı catacaq. Xalqın və dövlətin milyonlarını oğurlayan İradə Gülməmmədova təzə kürəkəninə və öz qızına Gallenvaqen bağışlayıb. Vüsalə Gülməmmədovanın Goradildə anasının evinin yanında 4 mərtəbəli villası var. İradə Gülməmmədova akademik Zərifə Əliyeva adına göz klinikasının yanında özünə və qızına villa tikib.
İndi də, İradə Gülməmmədovanın “qara kassa”sı tikinti işlərinidə pulun necə yığılması yollarını yaxşı bilən RİH-nin hüquq şöbəsinin müdiri Rəşad həm də o, Qaradağda icra nümayəndəsi olub. O, Qoç Avtoritetin- Qoç Hökməlinin qardaşı oğludur. Hazırda bu üçlük – Rəşad, memar Şahin, icra başçısı İradə Abşeronu əməlli-başlı dağıdır. Deməli, hər gün saat 17-18-00 radələrində bütün icra nümayəndələri hesablaşmaya gəlirlər.
Məktəblərdən və bağçalardan pulları Azər yığır.
Hətta 2 mərtəbəyə icazə alıb 5 mərtəbəli binalar tikənlər də az deyil.
Başçının qardaşları Rövşən Quliyev və Rizvan bütün qadağan olunmuş ərazilərdə tikinti aparır və sonra satırlar. Hətta strateji əhəmiyyətli boruların üstündə, yüksəkgərginlikli ərazilərdə, SOCAR-ın, Neftin mühafizə ərazilərində qanunsuz binalar tikilir.
Bu adamdan soruşan yoxdur ki, sənə bu boyda rayon etibar edilib, bəs sən nə işlə məşğul olursan, bəlkə camaatı iqtidara qarşı etiraz aksiyasına hazırlayırsan ?
Sentyabrın 27-də Vətən müharibəsi başladı, oktyabrın 1-də isə İradənin ad günü idi, yenə şəhidlər gəlirdi. İcra başçısı isə heç nə olmamış kimi, bayram ovqatında hədiyyələri qəbul edirdi. Bax, İradə Gülməmmədovanın əsl sifəti budur. İradə Gülməmmədova təkcə Abşeronun torpaqlarını deyil e, hər şeyini satışa çıxarıb. Bu adam bələdiyyə sədrlərinin bir-bir uçorunu aparır, seçkidən qabaq hamısını çağırıb haqq-hesab edir. Və gərəkən “summa”nı alandan sonra gələcək bələdiyyələrə xeyir-dua verir. İradə Gülməmmədova qanunsuz tikintilərlə bağlı yeni qayda tapıb. Deməli, deyir ki, pulunu ver, gözümü yumuram, get tik, sonrası Allah kərimdir…
İradə Gülməmmədovanın daha bir “el qızı” Qəmər xanım rayonun arxivini saxtalaşdırıb. Yeri gəlmişkən, İradə xanım təkcə Abşeron təhsilin sabiq müdiri Nazilə xanıma “El qızı” demirdi.
icra başçısının “el qızı” dediklərindən biri də Qəmər xanımdır. İcra başçısı bir müddət əvvəl yazıçı Fərman Kərimzadənin qızı Qəmər xanımı Abşeron rayonunun arxiv idarəsinə müdir təyin etmişdi. Və Qəmərin əli ilə arxivdə saxtalaşdırmalar aparıb. Deməli, icra başçısı İradə Gülməmmədova Qəmər xanımın əli ilə arxivə baxış keçirərək, rayon ərazisindəki boş torpaq sahələrini axtarıb tapır, hamısını ötən əsrin 90- cı illərinə sənədləşdirərək “hərraca” çıxarıb satır. Bu əslində dövləti cinayətdir. Və təkcə buna görə, xanım icra başçısına cinayət işi açıla bilər. Deməli, icra başçısı 90-cı illərdəki idarə, müəssisə rəhbərlərindəki köhnə möhürlərə yenidən “can verir” və milyonlar qazanır.
Təsəvvür edirsiniz, Abşeron rayonu ərazisində 90-cı illərdə nə qədər koxoz, sovxoz və s .var idisə, hamısının köhnə “peçat”larını İradə Gülməmmədova “torba”sına yığıb, yanında xəzinə kimi gəzdirir. Və sənədləri köhnə möhürlərin hesabına elə abıra salır ki, lap daşdan keçən sənədlər olur. Hətta İradə Gülməmmədova özündən razı şəkildə yaxınlarına deyir ki, bu saxtakarlıqdan heç ekspertlər də baş aça bilməz.
İcra başçısı deyir ki, bu köhnə möhürlərin kimlərdə olduğunu ancaq mən bilirəm. Ay İradə Gülməmmədova, bilmirsən ki, biz araşdırmaçı jurnalistlər bir şeyin izinə düşdüksə, onun axırına çıxırıq. Və sənin o köhnə möhürlərinin kimlərdə olduğunu da dəqiq bilirik. Bəli, İradə Gülməmmədova 90-cı illərin sənədlərini saxtalaşdıraraq milyonlar qazanır. Ancaq son vaxtlar İradə xanımın arxiv əməliyyatında xeyli axsama olub. Və Qəmərin işləri qarışdırdığını görən, İradə Gülməmmədova 10 gün öncə Qəməri vəzifəsindən uzaqlaşdırıb və onun yerinə başqa bir “El qızı”nı, bu dəfə Məlahət xanımı gətirib.
İndi arxivin təzə müdiri Məlahət xanım İradə ilə bazarlığa başlayıb, köhnə sənədlərin tozunu alıb təzə adı ilə satışa çıxarıblar. Məlahət xanım icra başçısının “zakaz”larını nə qədər yerinə yetirəcək, ya yetirə bilməyəcək, bunu zaman göstrəcək. Biz yuxarıda “El qızı” ifadəsini əbəs yerə işlətmədik.
Yuxarıda qeyd etdiyimiz kimi İradə Gülməmmədova Abşeron təhsilinin müdiri Nazilə Məmmədovaya “El qızı, arxanda möhkəm dayanmışam, heç nədən çəkinmə” desə də axıradək dalında dura bilməyib.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi təhsil müdiri icra başçısına arxayın olub, 30-40, hətta 50 min alıb direktor, “zavuç” təyin etdiyi adamların səs-sorağı təzə təhsil naziri Emin Əmrullayevə çatıb. Və cənab nazir Nazilə Məmmədovanı vəzifəsindən azad edib.
İndi Nazilə Məmmədovanın fəaliyyəti araşdırılır. Və Nazilə Məmmədova deyib ki, azca ayağım büdrəsə, İradəni “baqaja” qoyacam. Əslində Nazilə Məmmədova düz eləyir, çünki aldığı pulların böyük hissəsi xanım icra başçısına çatıb. İndi də sonuncu iclasda deyib ki, mən yaxşı bilirəm ki, bu məlumatları Gündəlik Bakıya kim çatdırır.
İradə Gülməmmədova, siz nəyi bilirsiniz, nəyi bilmirsiniz o bizlik deyil. Biz isə hələ bildiklərimizin mində birini demirik. Biz demirik ki, siz iclasda məmurları təhqir edirsiniz, kobud söyüşlər söyürsünüz..Biz demirik ki, Kürdəxanıya “peredaça”nı kimlər və hansı maşınlarda aparır ?
Biz demirik ki, həbs olunanların evlərinə, ailəsinə, övladlarına ayda nə qədər ayırmısan ?
İradə Gülməmmədova ilə Məhərrəm kişi işbirliyi:
Deməli, sabiq səhiyyə naziri Oqtay Şirəliyev Abşeron “SanEp”-in ( el arasında siçan-pişik idarəsi deyirlər) müdiri, 74 yaşlı Məhərrəm kişini təqaüd yaşı ilə bağlı vəzifədən çıxaran kimi, İradə Gülməmmədova onu gətirib Abşeron icra hakimiyyərində vəzifə verib. Deməli, keçmiş müdiri hazırda Abşeronda həm memardır, həm hüquqşünasdır, həm sökür, həm tikir, bir sözlə İradə Gülməmmədovanın işinə olan bütün yırtıq-deşiklərini yamayır. Məhərrəm kişinin oğlu məhkəmə sistemində çalışır, yəni hakimdir. Və Məhərrəm kişi İradəyə söz verib ki, oğlunun köməkliyi ilə Babək Zalovu azadlığa buraxdıracaq. Yəqin söhbətin İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalovdan getdiyini diqqətli oxucular bildi. Bəli, Babək Zalov Abşeronda baş verən qanunsuzluqlara, rüşvət və korrupsiya hallarına görə, həbs olunan 8 nəfərdən biri, əslində birincisi, yəni cinayətkat dəstənin başçısıdır. İndi İradə Gülməmmədova Məhərrəmin əli ilə bacısı oğlunu azadlığa çıxartmaq istəyir. Hər kəs bilsin ki, İradə Məhhərəm kişini niyə yanında saxlayır, gözündən uzaq qoymur. Bəli, İradəni ancaq bacısı oğlu düşündürür, qalan 7 nəfərin talehi İradə üçün heç nədir. Bu adam başa düşmür ki, eyni aqibətlə onun oğlu Məhəmməd də qarşılaşa bilər. Biz inanırıq ki, İradənin istəyinə və arzusuna baxmayaraq Ağır Cinayətlər Məhkəməsi Abşeron camaatının qəzəbini nəzərə alıb, İradə və Məhərrəm cütlüuyünə görə, öz reputasiyasını korlamaz və obyektiv qərar verəcək.
P.S. Etika naminə qucağında “bilyo” olan xanımın böyük otağın solundakı əməllərindən yazmırıq.
Qarşı tərəflərə cavab haqqı tanyırıq.
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...