“Onun sadəliyinə, səmimiliyinə heyran oldum” - Prezidentlə görüşən BANM tələbəsi
Prezident İlham Əliyevin oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümü münasibətilə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Oktay Əmrahov da olub.
Onun ailəsi 1-ci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Xətai kəndi işğal edildikdən sonra məcburi köçkün düşüb, Bakı şəhərində məskunlaşıb.
2004-cü ildə Bakı şəhərində anadan olan Oktay Əmrahov BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsidir. O, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbin məzunudur. Qəbul imtahanlarında 646,4 bal toplayıb.
Prezidentlə görüşdən təəssüratlarını bölüşən BANM tələbəsi deyir ki, Dövlət başçısı ilə görüşdə çox həyəcanlı olub, hətta həyəcandan adını deməyi unudub. Ali Baş Komandanla görüşməklə Oktay həm də ən böyük arzularından birinə çatıb: “Cənab Prezidentin sadəliyinə, səmimiliyinə, xoş rəftarına heyran oldum. O, hər kəslə səmimi şəkildə görüşdü, hamının fikirlərini dinlədi. Mən də Dövlət başçımıza yaxınlaşıb salam verdim və Bakı Ali Neft Məktəbinin tələbəsi olduğumu bildirdim. Prezidentimiz də tələbələrə salam söyləməyimi dedi. Cənab Prezidentdən xoş sözlər eşitmək həm mənim, həm də Ali Məktəbimiz üçün böyük qürur hissidir”.
BANM-i seçməyindən də danışan Oktay Əmrahov bildirir ki, bu seçimində kimya müəlliməsinin tövsiyəsi böyük rol oynayıb. Onun məsləhətindən sonra bu Ali Məktəbdə Neft-qaz mühəndisliyi ixtisasına daxil olmağı hədəf seçib və yüksək nəticə göstərərək istəyinə nail olub.
Prezident İlham Əliyevin oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümü münasibətilə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Oktay Əmrahov da olub.
“Qafqazinfo” xəbər verir ki, onun ailəsi 1-ci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Xətai kəndi işğal edildikdən sonra məcburi köçkün düşüb, Bakı şəhərində məskunlaşıb.
2004-cü ildə Bakı şəhərində anadan olan Oktay Əmrahov BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsidir. O, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbin məzunudur. Qəbul imtahanlarında 646,4 bal toplayıb.
Prezidentlə görüşdən təəssüratlarını bölüşən BANM tələbəsi deyir ki, Dövlət başçısı ilə görüşdə çox həyəcanlı olub, hətta həyəcandan adını deməyi unudub. Ali Baş Komandanla görüşməklə Oktay həm də ən böyük arzularından birinə çatıb: “Cənab Prezidentin sadəliyinə, səmimiliyinə, xoş rəftarına heyran oldum. O, hər kəslə səmimi şəkildə görüşdü, hamının fikirlərini dinlədi. Mən də Dövlət başçımıza yaxınlaşıb salam verdim və Bakı Ali Neft Məktəbinin tələbəsi olduğumu bildirdim. Prezidentimiz də tələbələrə salam söyləməyimi dedi. Cənab Prezidentdən xoş sözlər eşitmək həm mənim, həm də Ali Məktəbimiz üçün böyük qürur hissidir”.
BANM-i seçməyindən də danışan Oktay Əmrahov bildirir ki, bu seçimində kimya müəlliməsinin tövsiyəsi böyük rol oynayıb. Onun məsləhətindən sonra bu Ali Məktəbdə Neft-qaz mühəndisliyi ixtisasına daxil olmağı hədəf seçib və yüksək nəticə göstərərək istəyinə nail olub.
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...