İş yoldaşını bıçaqlayıb öldürdü

13:23 18-10-2021 | icon 1666
İş yoldaşını bıçaqlayıb öldürdü

Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 16-sı rayon ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər

0.27841711044312