2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı

18:16 20-10-2021 | icon 1266
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı

Qubadlı rayonunun işğaldan azad olunması növbəti zəfər tarixidir. 25 oktyabr Qubadlı
rayonunun erməni işğalından azad olunmasının bir ili tamam olur. Düz bir ildir ki, həmin
torpaqlarda azan səsi eşidilir, Azərbaycan bayrağı dalğalanır. Çünki Azərbaycanın şanlı
ordusu, əvəzsiz xidmətləri ilə regionda sülhü və əmin-amanlığı yaradan cənab Prezident
İlham Əliyev kimi dayağı var.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını
ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad
edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib,
Azərbaycan şəhidlər verib.
Qubadlı rayonunda da erməni işğalı nəticəsində dağıdılmış infrastruktur, məhv edilmiş
mədəni abidələr, xarabalığa çevrilmiş əraziləri görürük. Bu görüntülərin hər biri bütün
dünyaya illərdir istehsal olunan erməni yalanlarını ifşa edir. Heç kim öz torpağını, öz
evini xarabalığa çevirməz. Heç kim həmin ərazilərdəki mədəniyyət abidələrinə zərər
verərək, tarixi saxtalaşdırmaz. Bunu sadəcə barbarlar, işğalçılar, terroristlər,
separatçılar, nasist təfəkkürlü, faşist psixologiyasına sahib məxluqlar edər.
İllərdir ikili standartları təbliğ edən beynəlxalq dairələr bu real faktları artıq görməzdən
gələ bilməz. 44 günlük Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı dövrdə
də, cənab Prezidentin beynəlxalq mətbuata verdiyi əsaslı müsahibələr birmənalı olaraq,
dünya ictimaiyyətinin gözlərini açmağa, gərçəkləri görmələri üçün həqiqətən böyük
vəsilə oldu. Bunu danmaq olmaz. Bu müsahibələr mənəvi baxımdan Azərbaycanın
beynəlxalq arenadakı rolunu gücləndirdi. Cənab Prezident Azərbaycanın beynəlxalq
hüquq normalarına uyğun olaraq, öz təhlükəsizliyini təmin etmək, işğala son qoymaq və
regionda terrora qarşı mübarizə aparmaq kimi hüququna sahib olduğunu bütün dünyaya
göstərdi. Ona görə də, sadəcə Qubadlı deyil, ümumiyyətlə erməni işğalından azad
olunan hər bir rayonumuzda, Azərbaycan bayrağı dalğalanan hər qarış torpağımızda
tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə regionun
zəfər tarixi kimi dəyərləndirilməlidir.

Nərgiz Tağıyeva
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin könüllüsü


Digər xəbərlər

0.27869701385498