“Səbail”də 4 aydır maaşlar verilmir
“Səbail” klubunun əvəzedici heyəti məşqə çıxmaqdan imtina edib. Məlumata görə, buna səbəb maddi problemlərin olmasıdır. Futbolçular və məşqçi heyəti maaşlarını ala bilmədiyinə görə məşqləri keçməkdən imtina edib. Hətta klubun aşağı yaş qruplarında da vəziyyət ürəkaçan deyil.
Belə ki, klubun akademiyasında çalışan məşqçilər 4 aydır ki, maaşlarını ala bilmirlər. Azyaşlı futbolçuların geyim baxımından da problemləri var. Klub akademiya oyunçularına geyim dəstləri verməkdə çətinlik çəkir.
Klubun icraçı direktoru Fərəc Əliyev “Qafqazinfo”ya açıqlamasında maaşlarda gecikmələrin olduğunu təsdiqləyib: “Əvəzedici komandanın məşqə çıxmaması xəbəri doğru deyil. Çünki onlar dünən yoldaşlıq görüşü keçiriblər. Qaldı ki, maddi məsələlərə müəyyən gecikmələr mövcuddur. Əvəzedici komandanın futbolçularının 70 faizi komandaya yeni qoşulub. Onlar avqust ayından bura gəliblər və 2 ay maaşlarını almalıdırlar. Heyətin məvacibləri sentyabrda verilə bilərdi. Lakin yeni olduqları üçün sənədlərdə müəyyən çətinliklər ortaya çıxdı və ödənişlər qaldı. Akademiya məşqçilərinə gəlincə, onların hamısında 4 aylıq gecikmə yoxdur. Bəzilərində 3 ay, bəzilərində 2 aylıq problemlər var. Ötən ildən qalan məşqçilər iyul, avqust və sentyabr ayının maaşlarını almayıblar, yeni gələnlər isə avqust və sentyabr ayının. Sponsorlarla danışmışıq və yaxın günlərdə maaşlar ödəniləcək”.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...