“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün “Təqaüd proqramı” müsabiqəsi elan edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda faəliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq.
Müsabiqədə 2021-2022-ci tədris ili üzrə ali məktəblərin bakalavr və magistr səviyyəsinin sonuncu kursunda Dağ-mədən mühəndisliyi, Geologiya və Metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələblər iştirak edə bilərlər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN olmaqla təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb saytında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur.
Qeyd edək ki, müsabiqəyə elan dərc edildiyi tarixdən (26 oktyabr 2021) start verilir. Müraciət üçün son tarix 5 noyabr 2021-ci ildir.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...