Çempionlar Liqası: Azərbaycan təmsilçisi əsas mərhələdə mübarizəyə başlayır
"Araz-Naxçıvan" klubu bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.
B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın "Uraqan" komandası ilə üz-üzə gələcək. İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Şimali Makedoniyadan olan referi Yosip Barton idarə edəcək.
Oyun öncəsi Azərbaycan çempionunun heyətində 3 itki var. Rizvan Fərzəliyev və İsaq Suğal zədə, Xətai Bağırov cəza səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Ramiz Çovdarovun isə meydana çıxıb-çıxmayacağı sual altındadır.
Bu qrupun digər görüşündə Kosovonun "Ligeni" və Rumıniyanın "Yunayted Qalati" klubları qarşılaşacaqlar. Həmin oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Çempionlar Liqası, əsas mərhələ
B yolu
6-cı qrup
20:00. "Uraqan" (Ukrayna) - "Araz-Naxçıvan" (Azərbaycan)
Baş hakim: Yosip Barton (Şimali Makedoniya)
İvano-Frankivski, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...