Çempionlar Liqası: "Araz-Naxçıvan" əsas mərhələyə məğlubiyyətlə başlayıb
"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.
B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın "Uraqan" komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşma Azərbaycan çempionunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Uraqan"ın heyətində qolları Nazar Şved və Artem Farenyuk vurublar. "Araz-Naxçıvan"dan isə Ramiz Çovdarov fərqlənib.
Bu qrupun digər matçında Kosovo "Ligeni"si Rumıniyanın "Yunayted Qalati" klubuna 6:4 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, əsas mərhələ
B yolu
6-cı qrup
20:00. "Uraqan" (Ukrayna) - "Araz-Naxçıvan" (Azərbaycan) - 2:1
Qollar: Nazar Şved, 09`46", Artem Farenyuk, 15`04" - Ramiz Çovdarov, 29`29"
Baş hakim: Yosip Barton (Şimali Makedoniya)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Xal durumu: "Ligeni" - 3, "Uraqan" - 3, "Araz-Naxçıvan" - 0, "Yunayted Qalati" - 0.
Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...