Çempionlar Liqası: "Araz-Naxçıvan" əsas mərhələdə sonuncu oyununu keçirəcək

15:14 31-10-2021 | icon 1403
Çempionlar Liqası:

"Araz-Naxçıvan" klubu bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.

B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gələcək.

İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 5:3. Növbəti mərhələ şanslarını itirən komanda hazırda "Ligeni" ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşdürür.

Çempionlar Liqası, əsas mərhələ

B yolu, 6-cı qrup

III tur

16:00. "Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan)

Baş hakim: Denis Kutsıy (Ukrayna)

İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş "Uraqan" "Yunayted Qalati" ilə qarşılaşacaq.


Digər xəbərlər

0.31054306030273