"Neftçi"nin Müşahidə Şurasının iclası keçiriləcək

20:30 02-11-2021 | icon 1504

Yaxın günlərdə "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçiriləcək.

Bu barədə MŞ üzvü Zaur Qəhrəmanov bildirib. Onun sözlərinə görə, toplantıda digər məsələlərlə bərabər komandanın son nəticələri haqqında məlumat veriləcək: "Daha sonra klub tərəfindən açıqlama olacaq".

Z.Qəhrəmanov baş məşqçi Samir Abasov barədə sosial şəbəkədə yazdığı şərhə də aydınlıq gətirib: "Sosial mediada yazılanlar mənim şəxsi fikirimdir və qeyri-rəsmidir. Samir Abasov "Neftçi"nin baş məşqçisidir, onun işinə rəsmi qiymət vermək MŞ-nin işi deyil. Bunu klubun prezidenti etməlidir".

Qeyd edək ki, Zaur Qəhrəmanov "Neftçi"nin Azərbaycan Premyer Liqasında IX tur matçında "Qarabağ"a 0:4 hesabı ilə uduzduğu oyundan sonra sosial şəbəkədə Samir Abasovu nəzərdə tutaraq, "O, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər" şərhini yazıb.(report)


Digər xəbərlər

0.24814200401306