Azərbaycan Ordusunun Zəfər yolu

10:19 04-11-2021 | icon 1736
Azərbaycan Ordusunun Zəfər yolu

2020-ci il, 27 sentyabrda başlanan II Qarabağ müharibəsinin sonunadək - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atdı. Kapitulyasiya aktına görə, bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, həmin ərazilərdə Azərbaycan bayrağı qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.

Hələ 18-ci əsrdə, rus çarı I Pyotr, erməniləri Azərbaycan ərazisində yerləşdirməklə özünə etnik dayaq yaratmağa çalışırdı.Lakin onun Qafqazdaki məğlubiyyəti bu niyyətini puça çıxardı. Buna baxmayaraq, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi 19-cu əsrdə Türkmənçay və Ədirnə müqavilələrindən sonra mümkün oldu. Tanınmış rus tədqiqatçısı N.Şavrov yazırdı: “Cənubi Qafqazın istilasınadək burada erməni xalqı yüksək mövqeyə malik deyildi. Ermənilər əsas etibarı ilə Osmanlı dövləti ərazisində və İranda yaşayırdılar. Ermənilərin Cənubi Qafqaza köçürülməsi İran və Osmanlı ilə 1828-1829-cu illər müharibəsindən sonra başlanmışdır. 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza irandan 40 mindən və Osmanlı dövlətindən 84 mindən çox erməni köçürülmüşdür. Onlar Yelizavetpol, Qarabağ, İrəvan, Borçalı, Axalsıx və Axalkələk bölgələrinin ən yaxşı torpaqlarında yerləşdirilmişlər”.

N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb yerləşdirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bu diyarın yerli əhalisi deyil. Onlan buraya biz köçürüb gətirmişik”. 1905-1907,1918-ci illər də xalqımızın qan yaddaşında erməni qətliamlarının tüğyan etdiyi bir dövr kimi qalmışdır. 1918-ci ildə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda 50 minə qədər dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Sovet dönəmində də azərbaycanlı əhalinin deportasiyası davam etdirildi .1948-1950-ci illərdə 150 000 yurddaşımız öz dədə-baba yurdları olan Qərbi Azərbaycan ərazilərindən deportasiya olunub Kür-Araz düzənliyində yerləşdirildilər.

1988-ci ildə isə 250000-dən çox insan Qərbi Azərbaycan - qədim diyarımız olan İrəvan ərazilərindən qovulub çıxarılmış, bununla da Ermənistan monoetnik bir dövlətə çevrilmişdir.Ermənilərin “Böyük Ermənistan” xülyalarını reallaşdırmaq istəyi əslində insanığa qarşı böyük bir zərbə idi. 1 milyona yaxın soydaşımızın “qaçqın’ və ‘köçkün” statusu alması bu iyrənc ideologiyanın nəticəsi idi.

1992-ci ildən başlayaraq Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəmnində müxtəlif beynəlxalq təşkilatlarla fəal və müntəzəm əməkdaşlıq etmiş və münaqişənin həlli yolunda mühüm tədbirlər planı hazırlamış, hüquqi baza yaratmışdır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar bu problem barədə dəfələrlə qətnamələr və qərarlar qəbul etmişdir ki bu da ərazilərimizin bütövlüyünə, suverenliyimizə dəstək kimi qiymətləndirilmişdir. Bütün bu sənədlərlə sübut olunmuşdur ki Qarabağ əzəli Azərbaycan torpağıdır.

İkinci Qarabağ müharibəsi öz tarixi boyunca ən güclü dövlətə çevrilən və müstəqil siyasət yürüdən Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin ən şərəfli səhifələrindən birini yazdı. 18-ci əsrdən etibarən əsarətə məruz qalan xalqımız bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi. Öz haqqını qoruyub saxlamaq, pozulmuş hüquqlarını təmin etmək hər dövlətə nəsib olan imkan deyil. Kifayət qədər ölkə göstərmək olar ki, haqsız şəkildə təzyiq və təsirlərə məruz qalıb, ərazi bütövlüyü pozulub, vətəndaşları hansısa xarici maraqların qurbanına çevrilib. Beynəlxalq aləmdə hətta Dünya Birliyinin göz yumduğu məsələlərin,münaqişələrin həllini tapmaq hər dövlətin bacaracağı bir iş deyil.

1990-cı illərin əvvəllərində torpaqları işğal olunan Azərbaycan da bu taleyi yaşamışdı. Sonrakı illərdə aparılan danışıqlar elə beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz fəaliyyətlərinin yekunu olaraq nəticəsiz qalmışdı. Amma Azərbaycan dövləti bu illərdə heç vaxt həmin vəziyyətlə barışmamış və istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini bəyan etmişdi.

Cəzasız qalacağına, işğal etdiyi torpaqları geri qaytarmayacağına əmin olan düşmən təhdid və hədələrini növbəti dəfə reallaşdırmaq üçün 27 sentyabr saat 06.00-da silaha əl ataraq bütün istiqamətlərdə Azərbaycan ərazisini, yaşayış məskənlərini və mülki obyektləri artilleriya atəşinə tutdu. Bu, düşmən tərəfindən atəşkəsin ciddi şəkildə pozulması və hərbi əməliyyatların başlanması demək idi. Beləliklə, cavab vermək zorunda qalan Azərbaycan xalqı Qarabağı azad etmək uğrunda Vətən müharibəsinə başladı!

Ali Baş Komandan xalqımızın və ordumuzun çoxdan gözlədiyi "İrəli” əmrini verdi! Xalqımızın həmrəyliyi, ordumuzun döyüş bacarığı ,dəmir yumruğun gücü özünü göstərdi.

30 il ərzində işğal altında qalan torpaqlarda erməni vandalizmi kəskin şəkildə görünürdü. Şuşada yerləşən Gövhərağa məscidi heyvan tövləsinə çevrilmiş,Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasınn divarları pis vəziyyətə salınmış, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocalı, Tərtər, Qazax rayonlarında yerləşən qədim abidələrin bəziləri yerlə yeksan edilmiş, bir qismi isə tanınmaz vəziyyətə salınmışdır.

Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.

Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı. Xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Münaqişədə Türkiyənin iştirakı, F-35-lərdən istifadə, Suriya və Liviyadan muzdluların cəlb olunması, atəşkəsin pozulması və bir çox digər qıcıqlandırıcı suallar dönə-dönə təkrarlanırdı. Dövlətimizin başçısı hər dəfə bu ittihamları təkzibolunmaz fakt və dəlillərlə puça çıxarır, Qarabağın tarixindən, münaqişənin səbəblərindən danışır, fürsətdən istifadə edərək, dünyaya əsl həqiqətləri çatdırırdı. Almaniyanın ARD telekanalının müsahibəsindəki bir suala və Prezidentin cavabına diqqət edək. Sual: Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı.

Azərbaycan hərbi əməliyyatları ən müasir döyüş imkanları ilə həyata keçirirdi və biz bu döyüşlərdə bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi modern ordu quruculuğunun şahidi olduq.44 gün müddətində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra şəhər və rayonlarımız, yaşayış məntəqələrimiz və strateji əhəmiyyətli yüksəkliklərimiz azad olundu.

Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparmış,noyabrın 8- də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Bu, Azərbaycan Ordusunun xüsusi peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur. Azərbaycan ordusu dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Möhtəşəm qələbəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

021-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 94-cü yerdə qərarlaşıb. 2017-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 8 qırıcı, 11 hücum, 53 nəqliyyat, 19 təlim təyyarəsi və 83 helikopter (onlardan 11-si hücum helikopteridir), Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 9 patrul və sahil gəmiləri, 4 mina tralçısı, 2 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 320 tank, 890 zirehli texnika, 159 artilleriya qurğusu, 121 reaktiv yaylım atəşi sistemi var Azərbaycan ordusunun sayı 274 500 nəfərdir, səfərbərlik zamanı isə 95000 nəfər hərbi xidmətə çağırıla bilər.

Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusu­nun Zəfər paradı keçirildi. Bu, qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi oldu. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu günü səbirsizliklə gözləyirdik. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi. Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Prezi­dent, Ali Baş Komandan cənab İlham Əliyevin 2018-ci ildə keçiril­miş hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”– vədi reallığa çevrildi.

Azərbaycan bölgədə yaradılan yeni reallıqlarla regionun sarsılmaz güc mərkəzinə çevrilir. Bu uğurlar dostlar üçün fərəh, düşmənlər üçün gözdağıdır. Türkiyə Prezidentini gətirən təyyarənin Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına enməsi, Azərbaycan və Türkiyə liderlərinə Qarabağın simvolik açarlarının təqdim edilməsi, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin təməlini qoyması çox böyük tarixi hadisədir. Qarabağdan izlədiyimiz bu tarixi görüntülər bütün türk dünyası üçün şərəfli, qürurlu anlar yaşadır. Bu, uzun illər həsrətlə gözlədiyimiz, xəyallarımızda canlandırdığımız inanılmaz tarixi hadisədir.

Təməli qoyulan Zəngəzur dəhlizi, Qarabağdakı digər nəhəng layihələr nəinki bütün türk dünyası, ümumilikdə planetin gələcəyi üçün əvəzsiz önəmə malikdir. İki böyük türk liderinin bu misilsiz xidmətləri - Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəhlizin açılmasını təmin etmək ölkələrimiz və xalqlarımız üçün yenilməz güc, dayanıqlı iqtisadiyyat, sosial rifah, layiqli gələcəyi şərtləndirir. Əliyev və Ərdoğan bu baxımdan da şanslı lider, xoşbəxt dövlət başçılarıdır. Onlar üzərlərinə düşən bu tarixi missiyanı xüsusi əzmkarlıq və qətiyyətlə yerinə yetirirlər.

Son yüziliklərdə dünya tarixində ikinci bir dövlət tapmaq çox çətin olar - 30 ilə yaxın işğalda saxlanılan torpaqlarını cəmi 44 günə ildırım sürətli ilə azad edəsən, düşməni diz çökdürəsən və tarixi Zəfər qazanasan. Üstəlik dərhal, döyüşlər hələ tam başa çatmamış, mərmi, raket atəşləri altında tikintiyə başlayasan, yol çəkəsən, işıq, su xətləri inşa edəsən. Bax, Azərbaycan bu gücün, bu qüdrətin, bu qətiyyətin sahibidir.

Zahid Hüseynli

Nəsimi rayon sakini


Digər xəbərlər

0.25088286399841