Salyanda Aprel döyüşlərində şəhid olmuş Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlunun əziz xatirəsinə tikilmiş bulağın açılışı olmuşdur

20:29 04-11-2021 | icon 1571
Salyanda Aprel döyüşlərində şəhid olmuş Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlunun əziz xatirəsinə tikilmiş bulağın açılışı olmuşdur

Xatirə bulağının açılışında rayon icra hakimiyyətinin, YAP Salyan rayon təşkilatının rəhbər şəxsləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştiarak etmişlər. Açılış mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açmış və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Qeyd edək ki, Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

 


Digər xəbərlər

0.255038022995