Hacıqabul rayonunda "8 noyabr Zəfər Günü" qeyd edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli Sərəncamına əsasən “08 Noyabr - Zəfər günü” bütün ölkə ərazisində olduğu kimi Hacıqabul rayonunda da təntənəli şəkildə qeyd olundu. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının fəalları, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, xalqımızın həmrəyliyindən, Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışılıb.
Tədbirdə çıxış edən şəhid valideynləri övladlarının şərəfli döyüş yolundan danışıb, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.
Tədbir çərçivəsində Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin və rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilovun iştirakı ilə ağacəkmə kampaniyası keçirilib.
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...