Bakıda qələbə qaçışı təşkil edilib
Gənclər və İdman Nazirliyi Bakıda əhalinin bütün təbəqələrini əhatə edən xeyriyyə məqsədli qələbə qaçışı təşkil edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış 5 000 metr məsafəni əhatə edib. Dənizkənarı Milli Park ərazisində təşkil edilən qaçış "Elektra Hall" qarşısından start götürüb və Dəniz Limanı Vağzalı yaxınlığında başa çatıb.
Qaçışda iştirak etmək üçün ümumilikdə 1 246 nəfər qeydiyyatdan keçib. Hər bir iştirakçı əvvəlcədən edilmiş elan üzrə “YAŞAT Fondu”na ianə edərək qeydiyyatdan keçib.
Qaçışdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Paralimpiya çempionu İlham Zəkiyevin “Start!” atəşindən sonra qaçış başlayıb.
Kişilər kateqoriyasında Elman Abışov (17,50 dəqiqə) qalib gəlib. Allahqulu Hüseynov (18,05) və Namiq Əsədov (18,31) isə müvafiq olaraq, 2-3-cü yerləri tutublar.
Qadınlar arasında finişə Anna Yusupova (18,35) birinci çatıb. Rəbiyyə Orucova (23,21) 2-ci, Sevda Verdiyeva (24.58) isə 3-cü olub.
Fair play mükafatı qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyevə (82 yaş) təqdim edilib.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və mükafatları, eləcə də sponsorların hədiyyələri təqdim edilib. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Mədət Quliyev və Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri İlqar Mustafayev təqdim ediblər.
Mükafatlandırma mərasimindən sonra iştirakçıları urban (şəhər) idman oyunları, master klaslar, maraqlı tədbirlər və s. təşkil edilib.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...