Güclü dövlət, güclü ordu

13:42 11-11-2021 | icon 1577
Güclü dövlət, güclü ordu

Əsrə bərabər 44 günlük əzmli mübarizəmizin nəticəsində işğal altındakı torpaqlarımızın
ard-arda azad edilməsindən sonra 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanat
Azərbaycanın qəti qələbəsi, Ermənistanın isə tam məğlubiyyətidir. Bu üçtərəfli Bəyanat
həm hərbi, həm siyasi, həm də diplomatik qələbəmiz deməkdir. Biz Laçını, Kəlbəcəri,
Ağdamı döyüş olmadan, şəhid vermədən, qan axıdılmadan azad etdik. Bu bəyanatla Dağlıq
Qarabağ statussuz qaldı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Xalq artıq bir
ildirki,böyük bayram içərisindədir, xalq böyük xoşbəxtlik hissələri yaşayır, xalq
Prezidentinə, ordusuna, əsgərinə minnətdardır. Şəhidlərinin ruhu qarşısında dualardadır.
Qələbəni şərtləndirən səbəblərdən biri 10 milyonluq Azərbaycan xalqının bir yumruq
kimi Ali Baş Komandanın ətrafında birləşməsi idi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki,
100 il bundan əvvəl olduğu kimi, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycana
çox böyük dividentlər gətirdi və dostun, düşmənin kim olduğunu biz bir daha döyüş
meydanında bildik.
Bu gün Azərbaycanda xalq–ordu–Prezident vəhdəti özünün ən yüksək zirvəsindədir. İndi
qarşıda bizi böyük işlər gözləyir, böyük vətənin ayrılmaz parçası olan cənnət Qarabağımıza
tarixi simasını qaytaracağıq. Bu qədimiliyə sadiq qalaraq onu daha müasir, daha möhtəşəm
layihələrlə bəzəyəcəyik. İnsanlarımız öz torpaqlarına, öz yurdlarına qayıdacaq, o
torpaqlarda toy, bayramlar çalınacaq. Buna əminliyimiz tamdır.
Amma bu möhkəm əminliyi laxlatmaq əzmində olan, bu möhtəşəm qələbəyə kölgə
salmaq istəyən, bütün zamanlarda ağa qara deməkdən usanmayanlara da buradan
səslənmək istəyirəm. İnsanları çaşdırmayın, həqiqətləri çarpdırmayın. 30 ildir əyilən
qəddimizi düzəltmişik, 30 ildir həsrətində olduğumuz xəbəri almışıq, 30 ildir gözümüzün
yollarda qaldığı torpaqlara qayıtmışıq. Azərbaycanın 30 illik işğalına birdəfəlik son
qoyduq. Eşidirsinizmi? Etməyin, eləməyin, buraxın sevincimizi sona qədər yaşayaq,
buraxın xoşbəxtliyimizi doya-doya dadaq. Biz gəlmişik, biz buradayıq, Şuşada, Füzulidə,
Zəngilanda, Ağdamda, Ağdərədə, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Xocalıda,
Xocavənddə, Xankəndində, Laçındayıq. Eşidirsinizmi? Bu torpaqlarda artıq bizim, – bir
daha səslənirəm, eşidirsinizmi, – Azərbaycanın 3 rəngli dövlət bayrağı dalğalanır və
dalğalanacaq. Bax, budur əsas məsələ, budur əsas qələbə, qələbəmiz haqqımızdır. Qarabağ
artıq bizimdir. Qarabağı yenidən bizim edən Ali Baş Komandan, Prezident İlham Əliyevə
şükranlarımız sonsuzdur.
Cənab Prezident xalqımızın adından Sizə səslənəcəyəm.
Qurucu, xilaskar, qalib sərkərdə, milli qəhrəman, xalq qəhrəmanı. Bəli, xalq Sizə bu
titulları, bu adları veribdir artıq. Hər zaman bizimlə olun, cənab Prezident!
Abdıyeva Elvina
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.26468086242676