Natiq Şirinov Alim Qasımovla quda olmasından danışdı - Video
Xalq artisti Natiq Şirinov Xalq artisti Alim Qasımovla quda olmasından danışıb.
Bu barədə “Günün sədası” proqramında söz açan nağara ifaçısı bu izdivacın baş tutduğuna görə xanəndəyə təşəkkürünü bildirib:
“Bizi qırmadı. Allah ondan, ailəsindən razı olsun. Sözün düzü, bunun olacağını gözləmirdim. Bu, sevgi ilə olan şeydir. Sağ olsun, Alim müəllim də icazə verdi”.
Şirinovun oğlu Ümid onunla Fatiməni musiqinin birləşdirdiyini deyib:
“Bizi birləşdirən musiqi oldu. Musiqinin nə qədər dəyərli olduğunu bir daha başa düşdüm. Bilənlər bilir ki, o da (Fatimə-red.) oxuyur, səsi var. Musiqi söhbətləri ilə yaranan münasibət olub”.
Qeyd edək ki, Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə bu il Tibb Universitetinə qəbul olunub. Ümid isə atasının rəhbərlik etdiyi “Natiq” ritm qrupunun üzvüdür.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...