İlham Əliyevin Türk Şurasının zirvə görüşündə iştirakı gözlənilir

14:11 11-11-2021 | icon 1349
İlham Əliyevin Türk Şurasının zirvə görüşündə iştirakı gözlənilir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının 8-ci zirvə görüşü sabah İstanbulda keçiriləcək.

Zirvə görüşündə Türk Şurasına üzv ölkələrin dövlət başçıları ilə yanaşı, Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

 

Görüş “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək.

Liderlər iclasın gündəliyində yer alan məsələlərlə yanaşı, mövcud siyasi və iqtisadi hadisələrlə də bağlı fikir mübadiləsi aparacaqlar.


Digər xəbərlər

0.26329207420349