Salyanın baş memarına cinayət işi açıldı

14:39 12-11-2021 | icon 1878
Salyanın baş memarına cinayət işi açıldı

Salyan rayon İcra Hakimiyyətinin baş memarı barəsində cinayət işi başlanıb.

Salyan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - rayonun baş memarı Hüseynov Teyyub Safalı oğlu qanunsuz torpaq satmaqda ittiham olunur.

Baş memar barəsində Cinayət Məcəlləsinin Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

 

Onun barəsində aparılan cinayət işinin ibtidai istintaq başa çatdırılıb və materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-ə təyin edilib.

 

 
 
 

Digər xəbərlər

0.3159921169281