Sabaha gözlənilən hava proqnozu açıqlandı

15:01 12-11-2021 | icon 1431
Sabaha gözlənilən hava proqnozu açıqlandı

Azərbaycanda noyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

 

Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.


Digər xəbərlər

0.25625705718994