Azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır

16:27 12-11-2021 | icon 1847
Azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır

Düşmən üzərindəki tarixi qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad
edilmiş ərazilərdə oldu, erməni vəhşiliyini dünyaya nümayiş etdirdi. Möhtərəm
Prezidentimiz həmin ərazilərdə olarkən bildirdi ki, Qarabağda bütün infrastruktur bərpa
olunacaq. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
Dövlət başçımızın fərmanları ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılması,
işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliklərinin təsis edilməsi, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin icrasına
başlanılması, yeni aeroportların tikintisi, yol infrastrukturnun yenidən qurulması və digər
abadlıq işləri əhali tərəfindən rəğbətlə qarşılanır.
Azad edilmiş ərazilərdə quruculuq – abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də
əhalinin doğma ata - baba yurdlarında daimi məskunlaşmasının təmin edilməsi
məqsədilə lazımi tədbirlər həyata keçirilir. Hazırda həmin ərazilərin milli iqtisadiyyata
sürətli inteqrasiyasının təmini, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün
genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Həmin ərazilərdə bütün
infrastruktur təmin olunacaq. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud
uşaqların da bərpa – müalicə imkanlarına malik olmaları üçün həmin ərazilərdə yeni
reabilitasiya müəssisələrinin yaradılması nəzərdə tutulur. Bərpa – müalicə
prosedurlarının formalaşdırılmasında bölgənin yerli təbii müalicəvi resurslarından da
səmərəli istifadə olunması diqqətdə saxlanılacaq.
Həmçinin, sosial xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri işğaldan azad
olunmuş ərazilərimizi də əhatə edəcək. Bu bölgələrimizdə tənha, ahıl və əlilliyi olan
şəxslərin evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçirilməklə yanaşı,
stasionar və yarımstasionar tipli sosial xidmət müəssisələri də yaradılacaq. Eyni
zamanda, dövlət sosial sifarişləri əsasında qeyd edilən ərazilərdə reabilitasiya xidmətləri
göstərən mərkəzlərin qurulması nəzərdə tutulur.
Həmin ərazilərdə aparılan tikintilər, habelə tikinti zamanı edilmiş dəyişikliklər, söküntü
işlərinin hamısı diqqət mərkəzində saxlanılır. Dövlət başçımızın 2021- ci il 12 avqust
tarixli “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” fərmanı
ilə orada tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə
məlumatların uçotunun aparılması, eləcə də digər zəruri məsələlərlə əlaqədar çevik
əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə tikililərin müvəqqəti reyesrti
yardılacaq.
Qarabağda tikinti-abadlıq işləri planlı şəkildə aparılır və bu məsələ dövlət başçısının
diqqət  mərkəzindədir.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.26637887954712