Millimiz Qətərlə də bacarmadı
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.
Canni De Byazinin çalışdırdığı yığmamız Qətərlə yoxlama oyununda qüvvəsini sınayacaq.
Bakı Olimpiya Stadionundakı matç komandamızın 2021-ci ildə son sınağıdır. Bu oyun baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsinin müddəti başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.
Millimiz Qətər yığmasıyla bu il Macarıstanda da qarşılaşmış 1:2 hesabı ilə uduzmuşdu. İndi yığma komanda həm bu məğlubiyyətin revanşını ala, həm də ardıcıl məğlubiyyətlərə son qoya bilər.
Yoxlama oyunu
14 noyabr
21:00. Azərbaycan – Qətər
Baş hakim: Donatas Rumşas (Litva).
Bakı Olimpiya Stadionu.
***
Komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Höccət Haqverdi
Qətər: 22. Meşaal Barşam, 3. Abdelkarim Hassan, 4. Məhəmməd əl-Bayyati, 5. Tarek Salman, 6. Abdulaziz Hatem, 7. Ahmed Alaeldin, 12. Karim Budiaf, 13. Xidir, 16. Bualem Xuxi, 19. Almoez Əli, 23. Assim Madibo.
***
Matç başladı.
***
Qətər hesabı açır. Almoez 23-cü dəqiqədə fərqlənir.
***
Millimiz hesabı bərabərləşdirir. Emin Mahmudov 37-ci dəqiqədə cavab qolunu vurur.
***
Birinci hissə başa çatıb.
***
İkinci hissə başlayıb.
***
Emin Mahmudov 68-ci dəqiqədə millimizin ikinci qolunu vurur.
***
Qətər hesabı bərabərləşdirir. Almoez 78-ci dəqiqədə fərqlənir.
***
Oyun başa çatıb.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...