Prezident sərhəddə baş verənlərə münasibət bildirdi

20:03 16-11-2021 | icon 1326
Prezident sərhəddə baş verənlərə münasibət bildirdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib.

Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

 

Dövlət başçısı Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.

Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.


Digər xəbərlər

0.2497730255127