Azərbaycanda ilk dəfə özəl ambulans təyyarə xidməti göstərilir
Azərbaycanda ilk dəfə özəl ambulans təyyarəsi və helikopter hava ambulans xidmətləri göstərilir. Bunu ilk dəfə olaraq ölkəmizdə Referans Medical Group həyata keçirir.
Referans Medical Group və dünyanın ən böyük hava təcili yardım xidməti təminatçılarından biri hesab olunan "Apronjet Havacılık Turizm Taşımacılık" arasında memorandum imzalanıb.
Memoranduma əsasən, Referans Medical Group-a müraciət edən pasiyentlərə, təcili və təxirəsalınmaz hallarda pasiyentin Azərbaycandan digər ölkəyə daşınması məqsədilə özəl ambulans təyyarəsi və helikopter hava ambulansı xidmətləri göstərilir. Həmçinin, pasiyentin istəyinə uyğun olaraq bu xidmət, istənilən ölkədən də digər ölkələrə daşınmasına şamil olunur. Hava ambulansında peşəkar həkim komandası tərəfindən pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət göstərilir. Onuda əlavə edək ki, əgər ehtiyac olarsa, pasiyentin yanında 1 nəfər qohumu da gedə bilər.
Qeyd edək ki, özəl ambulans təyyarəsi və helikopter hava ambulansı pasiyentin müalicəsi aparılacaq xəstəxanaya daşınmasında ən etibarlı üsuludur.
Tibbi xidmət 7/24 fəaliyyət göstərir.
Əlaqə: Çağrı Mərkəzi: *0003
Mob: +994 77 426 00 03
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...