Qurban Qurbanov: "Təxribatlar futbolçularıma daha da güc verir"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan klublarının Kipr təmsilçiləri ilə görüşlərdə üzləşdikləri təxribatlara münasibət bildirib.
49 yaşlı mütəxəssis azarkeşlərin çılğınlığını normal qarşıladığını söyləyib.
Onun fikrincə, bela hallar futbolçuların mübarizəsini daha da artırır: "Meydana su şüşəsi və ya başqa yad əşyalar atmaq azarkeşlərin çılğınlığından irəli gəlir. Fransa çempionatında “Lion” – “Marsel” oyununun əvvəlində bu tip hadisələr yaşanıb və hətta matç yarımçıq dayandırılıb. Bunlar normal hallardır".
Qurbanovun sözlərinə görə, azarkeşlərin çılğınlığı ilə təxribatlar fərqli anlayışlardır: "Bizə qarşı bəzən başqa təxribatlar olub. Belə hallar futbolçularıma, əksinə, daha da güc-qüvvə verir. Deməsəm belə, daha da istəkli olurlar, yaxşı mübarizə aparmağı düşünürlər. Amma belə bir fikir yoxdur ki, mütləq udmalı, 3-5 qol vurmalıyıq. Bu cür düşüncə bizə mane ola bilər".
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...