Mədət Quliyev bu federasiyanın rəhbəri oldu

21:19 26-11-2021 | icon 1391
Mədət Quliyev bu federasiyanın rəhbəri oldu

Bu gün Azərbaycan Velosiped Federasiyasında hesabat-seçki konfransı keçiriləcək. 

Müdafiə sənayesi naziri Mədət Quliyev federasiya Prezidentliyinə əsas namizəddir. 

Onun bugünkü seçkilərdə federasiya rəhbəri kimi təsdiqlənəcəyi gözlənilir. 

 

Qeyd edək ki, Azərbaycan Velosiped Federasiyasının son Prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2011-ci ildən 2018-ci ilə qədər Federasiyaya rəhbərlik edib. Artıq 3 ildir ki, sözügedən post boşdur. 

***

Azərbaycan Velosiped Federasiyasının yeni rəhbəri müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, müdafiə sənayesi naziri Mədət Quliyev federasiyanın yeni prezidenti olub.


Digər xəbərlər

0.24178194999695