Əli Nağıyev İtaliya Maliyyə Qvardiyasının baş komandanı ilə görüşdü - Fotolar
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev bu gün ölkəmizdə səfərdə olan İtaliya Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə DTX məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı dövlət başçılarının səyləri nəticəsində iki ölkə arasında sıx əlaqələrin qurulmasından və mövcud dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
General-polkovnik Əli Nağıyev beynəlxalq müstəvidə ölkələrimizin daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edən Xidmət rəisi Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sisteminin formalaşdırıldığını diqqətə çatdırıb.
Eyni zamanda, ölkələrin təhlükəsizlik orqanlarının Akademiyaları arasında işbirliyinin genişləndirilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının biliklərinin və təcrübələrinin artırılması, kadrların hazırlanması məqsədilə İtaliyanın müvafiq təhsil ocağında təşkil olunmuş kurslara cəlb olunması xüsusi vurğulanıb.
Səmimi qarşılanmaya və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən italiyalı qonaq ölkəmizə səfərin onda xoş təəssürat yaratdığını, iki dövlətin çoxşaxəli əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və daha müntəzəm olacağına əminliyini ifadə edib.
Yuxarıda sadalanan təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətindən də danışan Cüzeppe Zafarana İtaliya ilə Azərbaycan arasında möhkəm və davamlı tərəfdaşlığın olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı geniş müzakirələr aparılıb.
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...