Bu dəfə qərarları deyil, fotoları müzakirə olundu - Foto
bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasdan sonra komitə üzvlərinin birlikdə çəkdirdiyi foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, İK üzvləri bu dəfə təkcə qərarları ilə deyil, sözügedən foto ilə diqqət çəkiblər.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin 13 üzvü var. Onların içərisində yalnız biri qadındır. O, İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri Könül Mehdiyevadır.
AFFA və SOCAR prezidenti Rövnəq Abdullayev də komitənin üzvüdür. O, federasiya prezidenti olduğu üçün həm də İK iclaslarına rəhbərlik edir.
Üzvlər arasında Federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov, sabiq xarici işlər naziri Elmar Məmmədyarov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da yer alır.
Elmar Məmmədyarov federasiyada Ümumazərbaycan Futbolsevərləri İctimai Birliyini təmsil edir.
Digər üzvlər isə veteran futbolçu İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA vitse-prezidentləri Rauf Əliyev, Elşad Nəsirovdur.
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...