Vaqif Səlimovun “Mətbuat katibi” kimdir? – Özəl məlumat
Ötən yazımızda Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimovun dövlətdən oğurlayaraq mənimsədiyi pulları hansı özəl şirkətlər vasitəsilə ölkədən çıxarması haqqında məlumat vermişdik.
Yazı saytımızda dərc olundan sonra redaksiyamıza 070 2218101 nömrəsindən telefon zəngi daxil oldu. Zəng edən şəxs özünü Vaqif Səlimovun yaxın dostu və jurnalist kimi təqdim edərək, adının Əyyar olduğunu bildirib. O, əvvəlcə mülayim tərzdə əməkdaşımızla danışıb. Qeyd edib ki, yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir. Vaqif müəllim hər zaman dövlətə sadiq olub və jurnalistlərlə də “dostdur”. Əyyar bəy əməkdaşımızla telefon danışığında yazının saytdan çıxarılması müqabilində Vaqif bəyin bizimlədə “dost” ola biləcəyini bildirərək bizə müəyyən şirinlik də (oxu: rüşvət) təklif etməkdən çəkinməyib. Onun bu təklifi isə əməkdaşımız tərəfindən nəzakətlə rədd edilib və saytdan heç bir halda yazının çıxarılmasının mümkün olmadığını və əgər Vaqif bəyin etirazı varsa onun da mövqeyini işiqlandıra biləcəyimiz Əyyar bəyin nəzərinə çatdırılıb.
Bundan sonra yeni də eyni nömrədən bizimlə əlaqə yaradan Əyyar bəy bu dəfə bizi təhdid edərək “hələ kimə “ilişdiyinizi bilmirsiniz” deyərək əlaqəni kəsib.
Mövzunu diqqətdə saxlayacağıq.
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...