Azərbaycan Avtomobil Federasiyası avtomobillərə texniki xidmət göstərən heyət üçün təlimlərə başlayıb - Video

21:28 09-12-2021 | icon 2125
Azərbaycan Avtomobil Federasiyası avtomobillərə texniki xidmət göstərən heyət üçün təlimlərə başlayıb - Video

Yol hərəkəti təhlükəsizliyi sürücü və hərəkət mühitindən daha çox avtomobillərdən asılı olduğundan nəqliyyat vasitələrinin həm konstruktiv təhlükəsizliyi, həm də texniki nasazlıq məsələsi diqqətdən qaçırılmamalıdır. Bu baxımdan, uzun illərdir avtomobillərin texniki vəziyyətini lazımi səviyyədə saxlamaq üçün müasir texniki qulluq və diaqnostika mərkəzlərinin yaradılmasına böyük ehtiyac var idi. Artıq bu problem Azərbaycan Avtomobil Federasiyasının nəzdində yaradılan Təlim Akademiyasının fəaliyyətə başlaması ilə aradan qaldırılır.

Hazırda Akademiyada təlimə qatılmış iştirakçılara ən müasir texnologiyalardan istifadə etməklə bu mövzularda təlimlər keçirilir:

Mühərrik texnologiyası;

Avtomobil elektromexanika texnologiyası;

Hibrid və elektrik avtomobil texnologiyası;

Güc aqreqatları texnologiyası;

Hərəkət nəzarət sistemləri;

Şassi və korpus texnologiyası;

Şassi təmiri;

Kosmetik işlər texnikası;

Elektrik avadanlıq təmiri;

Boyama texnologiyasının əsas bilgiləri;

Boyamada yeni texnologiya.

Akademiyanın əsas hədəfi yeni ustaların hazırlanması, işçi heyətinin ixtisasının müasir dünya səviyyəsinə uyğunlaşdırılması, həm də texniki bilgilərinin daim yenilənməsidir. Çünki avtomobillərə hər gün yenilənən texnologiyaların tətbiqi, yeni yanaşmaların olması öz növbəsində ustalardan da yenilik tələb edir. Müvafiq təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilən təlimlər nəticəsində ustalar daim yeni texnologiyalarla tanış ola, öz bacarıqlarını artıra bilərlər. 

Ekspertlərin rəyinə görə gələcəkdə nəqliyyat servisi xidmətinin, bu sahədə mədəniyyətin yüksəldilməsinə, ən müasir texnologiyaların öyrənilməsinə gətirib çıxaracaq təlimlər ümumilikdə Azərbaycanda nəqliyyat servisi səviyyəsinin yüksəldilməsinə səbəb olacaq.

Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi Təlim Akademiyası ölkəmizdə avtomobillərə texniki qulluq göstərən ustaların və digər işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına böyük töhfə verəcək.

Təlimlər ödənişlidir və öyrənilmə mövzularına uyğun olaraq dəyişir. Təlimlər “Garagineering” GMBH şirkətinin beynəlxalq sertifikasiyalaşmış mütəxəssis heyəti tərəfindən həyata keçirilir. Almaniya və Türkiyədən gələn mütəxəssislər tərəfindən keçilən təlimdə ustalarla yanaşı usta köməkçiləri, o cümlədən bu işi sıfırdan peşəkar formada öyrənmək istəyən hər kəs iştirak edə bilər. Təlimləri uğurla başa vuran ustalara beynəlxalq sertifikat verilir. Növbəti təlimlərə qatılmaq istəyənlər [email protected] email ünvanı vasitəsilə və ya 0502950100 telefon nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.

 

 

 





Digər xəbərlər

0.26357293128967