“Keşlə” “Qaradağ Lökbatan”a, “Sabah” “Kəpəz”ə qarşı

11:32 11-12-2021 | icon 1275
“Keşlə” “Qaradağ Lökbatan”a, “Sabah” “Kəpəz”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

“Keşlə” “Qaradağ Lökbatan”la, “Sabah” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

 

Xatırladaq ki, ilk oyun günündə “Səbail” səfərdə “Zaqatala”ya 3:1, “Qəbələ” isə MOİK-ə 2:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Azərbaycan kuboku
1/8 final
11 dekabr

Keşlə – Qaradağ Lökbatan
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev.
Bakı. “ASK Arena”. Saat 15:00.

Sabah – Kəpəz
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Masazır. Bank Respublika Arena. Saat 18:00.


Digər xəbərlər

0.26172089576721