Azərbaycan Kubokunda 1/4 finalın cütləri məlum oldu

11:45 12-12-2021 | icon 1320
Azərbaycan Kubokunda 1/4 finalın cütləri məlum oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

1/8 final mərhələsinin iki oyunundan sonra “Qarabağ” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

Hər iki görüşdə Premyer Liqa təmsilçiləri qələbə qazanıb. “Keşlə” “Qaradağ Lökbatan”ı 2:1, “Sabah” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

İlk oyun günündə isə “Səbail” səfərdə “Zaqatala”nı 3:1, “Qəbələ” isə MOİK-i 2:1 hesabı ilə məğlub etmişdi.

1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 12-13 fevralda baş tutacaq. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.

Azərbaycan kuboku

1/4 final

Qarabağ – Keşlə

Neftçi – Sabah

Zirə – Səbail

Sumqayıt – Qəbələ


Digər xəbərlər

0.3058488368988