“ Heydər Əliyev və iqtisadi inkişaf”

16:13 13-12-2021 | icon 1130
“ Heydər Əliyev və iqtisadi inkişaf”

Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində
əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Ölkəmiz yüksək inkişaf etmiş iqtisadiyyatı ilə
dünya arenasında öz adından bəhs etdirir. Müasir Azərbaycan dövlətinin banisi Heydər
Əliyevin hakimiyyəti dövründə misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində
əldə olunmuş nailiyyətlər bu gün ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün
möhkəm zəmin yaradıb.
 
Hətta son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə
artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı
yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz
şəkildə göstərir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil
edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan
Respublikasını bütün dünyada tanıdıb.
 
Heydər Əliyev o dövrdə prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərkən
deyirdi ki, respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı
aşağı düşüb:
“Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın
coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları
respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar
aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".
 
Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan
iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin  fəaliyyətini
genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş
imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi
əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.
 
İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara  əsaslanmaqla qəti
mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: "...sosializm  quruluşunun ən yüksək
bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz.
Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə
gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı  mümkün olmadı, iqtisadiyyat,
ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-
1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı:
iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı
prinsiplərini tətbiq etməli".
 
Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin
artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan
siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını
təsdiq edirdi. Ulu öndərin sözü ilə desək: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə
qadirdir!”

Soltanova Zahidə Cəmilağa qızı.
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.25433611869812